Pakistanda partlayış nəticəsində dörd nəfər həlak olub


Dünya 14 May 2019 08:03:00 191 0

Pakistanda partlayış nəticəsində dörd nəfər həlak olub

Pakistanın qərbindəki Kvetta şəhərində bazarda partlayış nəticəsində dörd polis əməkdaşı həlak olub, daha 9 nəfər yaralanıb.

Son.az Trend-ə istinadən bildirir ki, bu barədə "Dawn" qəzeti baş polis inspektorun müavini Əbdül Rəzzaq Çimaya istinadən xəbər verir.

Onun sözlərinə görə, hadisə nəticəsində iki polis və yeddi dinc sakin xəsarət alıb və xəstəxanaya göndərilib.

Hadisə yerinə təhlükəsizlik xidmətlərinin əməkdaşları gəlib və ərazini əhatəyə alıblar. Hazırda partlayışın səbəbi məlum deyil.