Jozef Merrickin məzarı ölümündən 130 il sonra tapıldı


Digərləri 14 May 2019 07:31:00 191 0

Jozef Merrickin məzarı ölümündən 130 il sonra tapıldı

1890-cı ildə vəfat edən "Elephant" ləqəbli Jozef Merrickin məzarı ölümündən 130 il sonra bir tədqiqatçı tərəfindən aşkar edilib.

Chip.az xəbər verir ki, Sam Torr  adlı şoumen tərəfindən ictimaiyyətə "Elephant Man" kimi təqdim olunan Jozef Merric bədənində ciddi deformasiyalar olduğuna görə adi insanlarla müqayisədə ilk baxışdan seçilə bilir.

1890-cı ildə 27 yaşında Londonda xəstəxanada boğulma səbəbindən həyatını itirən Merrickin tibbi möcüzə adlandırılan skeletinin harada dəfn olunduğu məlum deyildi.

"Elephant Man"ın biyoqrafiyasını yazan Vigor-Mungovin Merrickin məzarını tapmaq üçün araşdırma aparır. İlk olaraq qəbiristanlıq qeydlərindəki məlumatlara əsasən bu işə başlayır. Nəticədə onun London qəbiristanlığında dəfn edildiyini müəyyən edir.