İtaliyada əllidən çox tibb müəssisəsi bağlanıb


Dünya 13 May 2019 23:42:00 211 0

İtaliyada əllidən çox tibb müəssisəsi bağlanıb

İtaliyada qanun pozuntularına yol verdiyinə görə 52 tibb müəssisəsi (kosmetik klinika) bağlanıb.

Son.az AZƏRTAC-a istinadən bildirir ki, klinikalardakı yoxlamalar bu ölkənin Səhiyyə Nazirliyinin tapşırığına əsasən İtaliyanın Milli Elmlər Akademiyasının səhiyyə və gigiyena polisləri tərəfindən aparılıb.

Ümumilikdə 607 mərkəzdən 172-də qanun pozuntusu aşkar edilib.

Polis, həmçinin əksəriyyəti döymə sənayesində istifadə edilən on minlərlə qeyri-qanuni kosmetik məhsul müsadirə edib. Ələ keçirilmiş məhsullar təxminən 150 min avro dəyərində olub.