Qartal quzunu caynağı ilə havaya qaldırdı FOTO


Digərləri 13 May 2019 23:29:00 274 0

Qartal quzunu caynağı ilə havaya qaldırdı  FOTO

Şotlandiyanın cənubundakı Lonhid qəsəbəsində maraqlı hadisə baş verib.

Son.az ölkə.az-a istinadən bildirir ki, 74 yaşlı Duqlas Kurri Mull adası sahillərinə yaxın olan Duart qalasına səfər edib. O, həyat yoldaşı ilə maraqlı bir hadisəyə şahid olub. "Golden Eagle" cinsindən olan bir qartalın iri bir heyvanı caynağına keçirərək havaya qalxıb. Əvvəlcə Duqlas bunun iri bir balıq olduğunu düşünüb. Amma sonradan telefonla zoom etdikdən sonra bunun bir quzu olduğunu görüb.

Qartal quzu ilə havada süzərək uzaqlaşıb.


Xəbərə aid fotolar