Bu ulduzvari ədviyyatın misilsiz faydaları var


Digərləri 13 May 2019 23:27:00 203 0

Bu ulduzvari ədviyyatın misilsiz faydaları var

Hələ qədim zamanlarda çinlilər badyanın faydalarını bilirdi və sağlamlıq üçün istifadə edirdi. Çin təbibləri badyanı "nəfəs və düşüncələri tərəvətləndirən ədviyyat" adlandırırdı.

Badyanın faydalı və müalicəvi xüsusiyyətləri saymaqla bitmir.

Son.az saglamolun.az-a istinadən bildirir ki, bir çox digər ədviyyatlar kimi badyan da orqanizmə xərçəng əleyhinə təsir edir.

Badyan bağırsaqların fəaliyyətini yaxşılaşdırır, köpün qarşısını alır, yeməkdən sonra ağırlıq və həzmsizliyi, mədədə iltihabı azaldır, mədə turşuluğunu tənzimləyir.

Taxikardiyadan əziyyət çəkənlərə də badyan faydalıdır - ürək döyünməsinin tezliyini azaldır, ürək ritmini tənzimləyir.

Badyan orqanizmə iltihabəleyhinə, möhkəmləndirici, stimullaşdırıcı təsir edir, orqanizmin infeksiyalara qarşı davamlılığını artırır.  

Badyan sinir sistemini möhkəmləndirir, gərginliyi azaldır, depressiya zamanı kömək edir. Ədviyyat beyin qan dövranını yaxşılaşdırır, baş ağrılarını azaldır.

Badyan çayı sidik kisəsi və uretrada iltihabları azaldır, orqanizmdən toksinlərin çıxamasını sürətləndirir .