Xatirə bu geyiminə görə TƏNQİD EDİLDİ VİDEO


Şou-biznes 13 May 2019 23:02:00 212 0

Xatirə bu geyiminə görə TƏNQİD EDİLDİ  VİDEO

Müğənni Xatirə İslamın yeni videosu yayılıb.

Son.az ölkə.az-a istinadən bildirir ki, məclislərin birində çəkilən görüntünü o, öz İnstaqram səhifəsindən paylaşıb.

Videogörüntüdə mahnı ifa edən müğənninin geyimi izləyicilər tərəfindən tənqid olunub.

Belə ki, onlar dərin dekolteli və uzun yarıqlı paltarın ona yaraşmadığını bildiriblər.

"Duruşunuz bərbad gündədir. Bir az abırlı geyinin. Nə qədər örtülü geyinsəniz bir o qədər xanım- xatın görünərsiniz", 

"Heyif ki, geyindiyiniz libaslar səsinizin gözəlliyini məhv edir. Görəsən sizə o geyimi geyindirən modelyer utanırmı? Paltarın yarığı çox bərbaddı. Bir azəri xanımı olaraq sizə heç yaraşdırmadım"- deyə ifaçının geyimini sərt şəkildə tənqid ediblər.