Hamburq limanının 830 yaşı tamam olur


Digərləri 13 May 2019 22:16:00 287 0

Hamburq limanının 830 yaşı tamam olur

Bu günlərdə Hamburq limanının 830 yaşı tamam olur.

Son.az AZƏRTAC-a istinadən bildirir ki, bayram şənlikləri münasibətilə şəhərə həm Almaniyadan, həm də başqa ölkələrdən on minlərlə turist gəlib.

Şəhər meriyasının verdiyi məlumata görə, yubiley tədbirlərinə (açıq səma altında konsertlər, festivallar, yarmarkalar) 1 milyona yaxın adam gəlib. Bayram tədbirlərinin əsas elementi gəmilərin paradı olub. Bu parad möhtəşəm atəşfəşanlıqla başa çatıb.