Liverpool Manchester City-dən çox qazandı


İdman 13 May 2019 22:00:00 278 0

Liverpool Manchester City-dən çox qazandı

İngiltərə Premyer Liqasında klubların 2018/19 mövsümündə təşkilatçılardan aldığı mükafatların məbləği açıqlanıb.

Goal.az xəbər verir ki, Liverpool-un qazancı hamıdan çox olub - 173 milyon avro. "Qırmızılar" hətta Premyer Liqa çempionu Manchester City-dən də çox gəlir əldə ediblər. Liverpullular teleyayımdan 38,5, turnir cədvəlindəki mövqeyinə görə 42,5 milyon avro qazanıblar. Digər 92 milyon avro hər komandaya iştirak üçün verilən məbəğdir.

Çempion Manchester City 171,7 milyon avro ilə 2-cidir, ilk "3-lüy"ü isə 165,94 milyon avro ilə Chelsea qapayır.