Tehranda tələbələr hicaba qarşı etiraz ediblər


Dünya 13 May 2019 21:51:00 241 0

Tehranda tələbələr hicaba qarşı etiraz ediblər

Tehran Universitetinin tələbələri İran universitetlərində məcburi hicab geyinilməsinə qarşı etiraz aksiyası keçiriblər.

Son.az Oxu.az-a istinadən bildirir ki, yüzlərlə tələbə universitetin həyətində toplaşaraq etiraz ediblər.

Tələbələr əllərində "Bizim seçim hüququmuz var!" və "Ölüm alçalmaqdan yaxşıdır!" kimi şüarlar yazılan plakatlar tutublar.

Etiraz aksiyasına hüquq-mühafizə orqanlarının əməkdaşları müdaxilə ediblər.