Plastiklərlə çirkləndirmələr nəticəsində hər il milyonlarla quş tələf olur


Digərləri 13 May 2019 22:00:00 380 0

Plastiklərlə çirkləndirmələr nəticəsində hər il milyonlarla quş tələf olur

Plastiklərlə çirkləndirmələr nəticəsində hər il milyonlarla quş tələf olur. Quşlar plastik kütlələrin zərrəciklərini qidaya bənzədərək udurlar.

Son.az AZƏRTAC-a istinadən bildirir ki, bu barədə BMT-nin xəbər mərkəzinin Beynəlxalq Köçəri Quşlar Gününə həsr edilmiş materialında deyilir. Xatırladaq ki, Köçəri Quşlar Gününün builki mövzusu quşların plastiklərlə çirklənmədən müdafiəsidir. BMT-nin Ətraf Mühit üzrə Proqramında plastiklərlə çirkləndirmələrin köçəri quşlara və onların məskunlaşdığı yerlərə təsiri məsələsinin ictimaiyyətin diqqətinə çatdırılmasına cəhd edirlər.

Hər il bəşəriyyət 300 milyon tondan çox plastik məhsul istehsal edir. Bu, dünyada ən geniş istifadə olunan materialdır. Hər il dünya okeanına 8 milyon ton plastik kütlə düşür.

Təəssüf ki, quşların qanadları onları plastiklərlə çirkləndirmələrlə bağlı ölüm təhlükəsindən qoruya bilmir. Quşlar plastik tullantıları qidaya bənzədərək udurlar. İti künclərə malik plastik hissələri qəbul edən quşlar, xüsusən də bala quşlar tez müddətdə tələf olur. Lakin əksər hallarda quşlar zəiflikdən ölürlər. Çünki plastik tullantılar qida dəyərinə malik olmasına baxmayaraq, dolu mədə təəssüratı yaradır. Həmçinin bu materialın tərkibində olan zəhərli maddələr də əlavə təhlükə yaradır.

Quşlar üçün daha bir təhlükə atılmış balıqçı ipləridir. Suda üzən quşlar bu tora düşərək ya tələf olur, ya da digər heyvanlar üçün asan ova çevrilirlər.