Azərbaycanda daha bir nazir işdən çıxarıldı


Digərləri 13 May 2019 21:22:00 172 0

Azərbaycanda daha bir nazir işdən çıxarıldı

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov mayın 13-də Famil Seyidovun Naxçıvan Muxtar Respublikasının iqtisadiyyat naziri vəzifəsindən azad edilməsi haqqında fərman imzalayıb.

Son.az "Nuhçıxan" agentliyinə istinadən bildirir ki, fərmanda deyilir:

"Naxçıvan Muxtar Respublikası Konstitusiyasının 5-ci maddəsinin II hissəsinin 22-ci bəndini rəhbər tutaraq qərara alıram:

Famil Naqim oğlu Seyidov Naxçıvan Muxtar Respublikasının iqtisadiyyat naziri vəzifəsindən azad edilsin".