ABŞdan AByə xəbərdarlıq:


Dünya 13 May 2019 20:59:00 218 0

ABŞdan AByə xəbərdarlıq:

ABŞ Müdafiə nazirinin köməkçisi Ellen Lord AB-nin baş diplomatı Federika Moqeriniyə məktub göndərib.

Son.az Axar.az-a istinadən xəbər verir ki, bu məlumatı "El Pais" qəzeti yayıb. Məktubun 1 may tarixində Moqeriniyə göndərildiyi bildirilib.

Məlumata görə, məktubunda Lord Brüsselib AB-nin müdafiə siyasətində atdığı təktərəfli addımları tənqid edib. Lord AB-nin hazırkı siyasətinin 30 ildir ABŞ-la davam edən transatlantik müdafiə sənayesi inteqrasiyasını və NATO vasitəsilə iş birliyini təhlükəyə atdığını vurğulayıb.

Vaşinqton nümayəndəsi Avropa Birliyinin hərbi imkanlarını artırma cəhdlərinin NATO ilə AB arasında gərəksiz rəqabət yaradacağını bildirib.