Şri-Lankada komendant saatı tətbiq edildi


Digərləri 13 May 2019 20:25:00 203 0

Şri-Lankada komendant saatı tətbiq edildi

Şri-Lanka hökuməti ölkədə müsəlmanlar və buddistlər arasında toqquşmalar fonunda komendant saatı elan edib.

Bakı. Şri-Lanka hökuməti ölkədə müsəlmanlar və buddistlər arasında toqquşmalar fonunda komendant saatı elan edib. Trend-in məlumatına görə, komendant saatı axşam saat 21:00-dan səhər saat 04:00-a qədər davam edəcək. Ümumilikdə son günlər ölkədə gərginlik daha da artıb. Belə ki, bir neçə gün öncə onlarla adam müsəlmanlara məxsus dükanları daşqalaq ediblər. Ölkədə "WhatsApp", "Viber" və "Facebook" bağlanıb. Xatırladaq ki, aprelin 21-də Şri-Lankada ardıcıl partlayışlar baş verib. Ölkənin Səhiyyə Nazirliyinin məlumatına görə, partlayışlar nəticəsində 250-260 nəfər həlak olub.