Azərbaycanda məcburi nikaha daxilolma halları artıb


Digərləri 13 May 2019 20:17:00 182 0

Azərbaycanda məcburi nikaha daxilolma halları artıb

Azərbaycanda iş yerlərində, o cümlədən təhsil və tibb müəssisələrində seksizm (cinsi ayrı-seçkilik) halları baş verir. Bəzi hallarda bu, zorakılığa məruz qalanların intihara əl atmasına gətirib çıxarır.

Son.az Trend-ə istinadən bildirir ki, bunu Avropa Şurasının "Azərbaycanda gender bərabərliyi və media azadlığı" layihəsi çərçivəsində Bakıda keçirilən "Gender bərabərliyi və media" adlı konfransda çıxışı zamanı Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin şöbə müdiri, CEDAW Komitəsinin üzvü Elgün Səfərov deyib.

Cinsi ayrı-seçkiliyin insan hüquq və azadlıqlarının pozulması olduğunu deyən E.Səfərov əlavə edib ki, dünyada 700 milyon qadın məcburi nikaha daxil olub. Azərbaycanda da məcburi nikaha daxilolma halları artıb.

Komitə rəsmisi seksizmlə yanaşı, seksual zorakılıq hallarının yayılmasına da toxunub. E.Səfərov bildirib ki, bəzən sosial şəbəkələr insanların seksual zorakılığın qurbanına çevrilməsinə səbəb olur. O, Azərbaycanda 24-30 yaşlı əhalinin 85 faizinin sosial şəbəkələrdən istifadə etdiyini də nəzərə çatdırıb.