Zelenski məhkəməyə çağırıldı


Dünya 13 May 2019 19:49:00 216 0

Zelenski məhkəməyə çağırıldı

Ukraynanın seçilmiş prezidenti Vladimir Zelenski seçki kampaniyası çərçivəsində qoyulmuş məhdudiyyətlərin pozulmasına dair işlə bağlı Kiyev məhkəməsinə çağırılıb.

Son.az "qafqazinfo"ya istinadən xəbər verir ki, məhkəmə prosesi 13 may saat 12:45-ə təyin edilib. 

Qeyd edək ki, V. Zelenski səsvermə günü jurnalistlərə bülletenini nümayiş etdirərək səsi özünə verdiyini açıqlamışdı. Onun bu hərəkəti Ukrayna İnzibati Xətalar Məcəlləsinin 212-10-cu maddəsinə ziddir, cərimələnə bilər.