Səfir: "Pakistan Dağlıq Qarabağ münaqişəsində Azərbaycanı dəstəkləyir"


Siyasət 13 May 2019 19:39:00 225 0

Səfir: "Pakistan Dağlıq Qarabağ münaqişəsində Azərbaycanı dəstəkləyir"

Pakistan Dağlıq Qarabağ münaqişəsində Azərbaycanı dəstəkləyir.

Son.az Trend-ə istinadən bildirir ki, bunu Pakistan mətbuatına müsahibədə Azərbaycanın bu ölkədəki səfiri Əli Əlizadə deyib.

O qeyd edib ki, Pakistan Ermənistanı tanımır və iki ölkə arasında diplomatik əlaqələr mövcud deyil:

"Pakistan və Azərbaycan qardaş ölkədir. Bizim münasibətlərimiz isti və səmimidir, etimad və hörmət üzərində qurulub. Biz sevinc və kədərimizi paylaşırıq".

Səfir əlavə edib ki, Pakistanda fövqəladə hadisələr baş verəndə Azərbaycan hökuməti çevik reaksiya göstərərək yardım edib.