Suraxanıda içməli su şəbəkəsi inşa edilir (FOTO)


Digərləri 13 May 2019 19:20:00 211 0

Suraxanıda içməli su şəbəkəsi inşa edilir (FOTO)

Suraxanı rayonunun qəsəbələrində yeni layihələrin icrasına başlanılıb.

Bakı. Suraxanı rayonunun qəsəbələrində yeni layihələrin icrasına başlanılıb. “Azərsu” Açıq Səhmdar Cəmiyyətindən Trend-ə verilən məlumata görə, layihələr Bülbülə, Əmircan, Qaraçuxur, Zığ, Yeni Suraxanı və Yeni Günəşli qəsəbəsi D yaşayış massivini əhatə etməklə mərhələli şəkildə həyata keçirilir. Layihələrin əhatə etdiyi ərazilərin bir hissəsində mərkəzləşdirilmiş içməli su şəbəkələri mövcud olmayıb. Əhali içməli suya olan tələbatına maşınlarla daşıma yolu ilə təmin edib. Bəzi ərazilərdə isə içməli su təchizatı əhali tərəfindən primitiv qaydada yaradılmış və uzun müddətdir istismarda olunan şəbəkələr hesabına aparılırdı. Belə yaşayış massivlərində normal su təchizatını təmin etmək mümkün olmurdu. Su xətləri istismara yarasız vəziyyətdə olduğundan tez-tez qəzalar baş verirdi və suyun təzyiqini artırmaq mümkün olmurdu. Bütün bunlar nəzərə alınaraq həmin ərazilərdə içməli su təchizatı sistemlərinin yaradımasına və yenidən qurulmasına qərar verilib. Layihə çərçivəsində Bülbülə qəsəbəsi Samir Əliyev küçəsi və ətraf ərazilərdə, Atamoğlan Rzayev və Səttar Bəhlulzadə küçələrində yeni su təchizatı şəbəkəsi yaradılır. Burada müxtəlif diametrli borularla 18 km uzunluğunda su şəbəkəsi inşa edilir. Yeni yaradılan şəbəkədən abonentlərə birləşmə verilərək sayğaclar quraşdırılacaq. Ümumilikdə bu ərazilərdə görülən işlərdən 7 min nəfər faydalanacaq.