Faiq Ağayev küsülü olduğu Zülfiyyədən yazdı: “Fəxr edirəm”


Şou-biznes 13 May 2019 18:44:00 367 0

Faiq Ağayev küsülü olduğu Zülfiyyədən yazdı: “Fəxr edirəm”

Xalq artisti Faiq Ağayev sosial media hesabındakı statusu ilə gündəmə gəlib.

Son.az axşam.az-a istinadən bildirir ki, ifaçı ötən günlərdə baş tutan xalq konsertindən fotolar paylaşıb və həmkarlarını həmin şəklə işarələyib.

Bu zaman onun illərdir küsülü olduğu həmkarı, Xalq artisti Zülfiyyə Xanbabayevanın adını qeyd etməsi də gözdən qaçmayıb.

Faiq paylaşımına "Mənim gözəl, peşəkar, haqqına sevilən həmkarlarım var! Fəxr edirəm sizinlə, əzizlərim!" deyə, yazıb.