Cahangir Hacıyevin məhkəməsində iş adamı danışdı:


Kriminal 13 May 2019 18:07:00 86 0

Cahangir Hacıyevin məhkəməsində iş adamı danışdı:

Bakı Ağır Cinayətlər Məhkəməsində mənimsəmədə təqsirləndirilən "Azərbaycan Beynəlxalq Bankı" ASC-nin İdarə Heyətinin sabiq sədri Cahangir Hacıyev, onun bacanağı İsmayıl Hidayət-zadə, sabiq deputat Dünyamin Xəlilov, Camal Həsənov, Sərxan Rəsulov, Natiq İmanov, Samir Hacıyev, Təbriz Əbdülhəmidov, Mahir Qafarov, Sadıx Murtuzayev, Tərlan Məhərrəmov, Fəxrəddin Heybətov, Ramin Əhmədov, Fariz Muradov, Səlahəddin Qədirov, Erxan Cavad, Arif Ramazanov, Navai Şirinov, Svetlana Əsədullayeva, Arif Mədətov, Adil Mikayılov, Ramis Kərimovun cinayət işi üzrə məhkəmə iclası davam etdirilib.

Son.az Trend-ə istinadən bildirir ki, hakim Faiq Qəniyevin sədrliyi ilə keçirilən prosesdə şahid qismində ifadə verən Emin Sadiq bildirib ki, 1997-2007-ci illərdə BP şirkətində çalışıb:

"Əsas işimiz neft və neft məhsullarının satışı ilə bağlı idi. Azərbaycanda və Qazaxıstanda nümayəndəliyimiz var idi. İrana hazır məhsul aparırdıq. BP şirkətindən ayrılandan sonra özəl şirkətdə rəhbər vəzifədə çalışmışam. Maliyyə problemləri olan zaman yaxın dostum məni Beynəlxalq Bankın Moskva filialının rəhbəri Fuad Abdullayevlə tanış etdi. Sonra bankla birgə çalışdıq, kredit ayrıldı. 2011-ci ilin sonlarında bizə Qazaxıstandakı dostlarımızdan neftin ixracı ilə bağlı təklif gəldi. Təklif yaxşı idi. Biz də Beynəlxalq Bankla danışıqlara başladıq. Təklif gəldi ki, şirkətin səhminin 60 faizi bankın olacaq. Səhmlər banka yaxın adam olan Həsən Hətəmovun adına rəsmiləşdi. Şirkətin 12.5 faizi Qazaxıstan vətəndaşı, mənim qaynatamın adına, 15 faizi mənim adıma, digər faiz isə digər Qazaxıatan vətəndaşının adına idi. Bu layihəyə görə 27 milyon 500 dollar bankdan pul ayırılıb, Qazaxıstan dövlətinin xəzinəsinə köçürüldü. Ümumilikdə neft layihəsi üçün bankdan şirkətə 62 milyon dollar pul ayrılıb. Həmin pulla Qazaxıstanda ərazi alıb, neft yatağı etmişik. Bir neçə neft quyusu qazdıq. 2014-cü ildə Fuad Abdullayev görüş zamanı bildirdi ki, bankda problem yaranıb. Bizi maliyyələşdirə bilməyəcəklərini söylədi. Sonra biz dünya bazarında maliyyə axtarmağa başladıq. Bizə məlum oldu ki, şirkətimiz dünya bazarında 4 fiziki şəxs olan səhmdarla maliyyə tapa bilməyəcəyik. Sonra biz həmin səhmdarlar başqa adla şirkət qurduq, rəsmiləşməyə bir il vaxt getdi. Bank artıq bizim şirkəti maliyyələşdirə bilmədi. Lakin bizə bank veksellərlə 2 milyon dollar pul verdi. Bir qədər keçəndə Beynəlxalq Bankda problem yarandı, Xəzər dənizinin ləpələri neft yatağımızı su altında qoydu. Mən bir neçə şirkətlə danışığa başladım, istəmirdim ki, şirkəti itirəm. Sonra Moskva şəhərinə gedən zaman orada həbs olunmuşam, Bakıya göndərilmişəm".

Məhkəmədə elan olunub ki, bu iş üzrə E.Sadiq barəsində cinayət işi başlanılıb, ayrıca icraata verilib.

Məhkəmənin növbəti iclası mayın 20-nə təyin edilib.

Qeyd edək ki, rəsmi məlumata əsasən, aparılmış istintaqla 2001-2015-ci illərdə "Azərbaycan Beynəlxalq Bankı" ASC-nin İdarə Heyətinin sədri vəzifəsində işləmiş C.Hacıyevin göstərişləri əsasında ayrı-ayrı ölkələrdə yaradılmış hüquqi şəxslərlə real dəyəri olmayan sadə veksellərin alqı-satqısına dair 3,4 milyard ABŞ dolları və 987 milyon avro məbləğində (müvafiq dövrün məzənnəsi ilə 3,8 milyard manat) müqavilələr bağlanılaraq qanunsuz veksel əməliyyatları aparılmasına dair əsaslı şübhələr müəyyən edilib.

Yana Batırşina: Azərbaycan Gimnastika Federasiyası yüksək səviyyədə işləyir like
  • 13 May 18:06  
Digərləri Yana Batırşina: Azərbaycan Gimnastika Federasiyası yüksək səviyyədə işləyir

Keçmiş rusiyalı gimnast, 1996-cı il Olimpiya çempionu Yana Batırşina bu i

arrow Ətraflı
Azərbaycanda 200 yaşlı alman koloniyası: like
  • 13 May 18:05  
Digərləri Azərbaycanda 200 yaşlı alman koloniyası:

Almanlar qədimdən Gəncə xanlarının yaylaq yeri olan Xanlıqlar adlı mənt

arrow Ətraflı
Gənclər ictimai-siyasi proseslərin önündə gedirlər (FOTO) like
  • 13 May 18:01  
Digərləri Gənclər ictimai-siyasi proseslərin önündə gedirlər (FOTO)

Yeni Azərbaycan Partiyası Masallı rayon təşkilatı Gənclər Birliyinin V h

arrow Ətraflı
AQTA "#TUTGƏLDİ" layihəsinə başladı like
  • 13 May 18:01  
Digərləri AQTA "#TUTGƏLDİ" layihəsinə başladı

Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA) vətənda

arrow Ətraflı
Keçmiş deputat prorektor təyin edildi like
  • 13 May 17:57  
Digərləri Keçmiş deputat prorektor təyin edildi

Təhsil nazirinin əmri ilə Elton Məmmədov Azərbaycan Texniki Universitetind

arrow Ətraflı
İntihara cəhd edən şagirdin müəllimləri danışdı (FOTO) like
  • 13 May 17:56  
Digərləri İntihara cəhd edən şagirdin müəllimləri danışdı (FOTO)

"İntihara cəhd etməsi deyilən 109 nömrəli tam orta məktəbin 5-ci sinif

arrow Ətraflı
Rusiyada 2 deputatın diplomu saxta çıxdı like
  • 13 May 17:56  
Dünya Rusiyada 2 deputatın diplomu saxta çıxdı

Rusiyanın Xantı-Mansiysk Muxtar Dairəsində iki deputatın saxta diploma sahi

arrow Ətraflı
AMEAnın məhsulları keyfiyyətinə görə xarici mallardan üstün sayılacaq like
  • 13 May 17:55  
Digərləri AMEAnın məhsulları keyfiyyətinə görə xarici mallardan üstün sayılacaq

Azərbaycan Milli Elmlər Akademiyasının Yüksək Texnologiyalar (YT) Parkınd

arrow Ətraflı
Əkbərin toy görüntüləri ilk dəfə efirdə like
  • 13 May 17:53  
Şou-biznes Əkbərin toy görüntüləri ilk dəfə efirdə

ARB TV-nin "Söhbət var" proqramının növbəti qonağı məşhur

arrow Ətraflı
Barboskinlər Bakıda qonaq olacaqlar like
  • 13 May 17:52  
Digərləri Barboskinlər Bakıda qonaq olacaqlar

Cəmi 5 gün qaldı! "MGM Production" şirkəti hal-hazırda növbəti

arrow Ətraflı
Manatın sabaha MƏZƏNNƏSİ like
  • 13 May 17:51  
Digərləri Manatın sabaha MƏZƏNNƏSİ

Mayın 14-nə manatın məzənnəsi açıqlanıb.

arrow Ətraflı
Ulu Öndərin anadan olmasının 96cı ildönümünə həsr olunan tədbir keçirildi like
  • 13 May 17:49  
Siyasət Ulu Öndərin anadan olmasının 96cı ildönümünə həsr olunan tədbir keçirildi

Bakı Şəhər Mədəniyyət Baş İdarəsi və Xətai rayonu icra hakimiyyətin

arrow Ətraflı