Yana Batırşina: Azərbaycan Gimnastika Federasiyası yüksək səviyyədə işləyir


Digərləri 13 May 2019 18:06:55 265 0

Yana Batırşina: Azərbaycan Gimnastika Federasiyası yüksək səviyyədə işləyir

Keçmiş rusiyalı gimnast, 1996-cı il Olimpiya çempionu Yana Batırşina bu il 16-22 sentyabr tarixlərində Bakıda keçiriləcək bədii gimnastika üzrə dünya çempionatının səfiridir

Bakı. Cani Babayeva - Keçmiş rusiyalı gimnast, 1996-cı il Olimpiya çempionu Yana Batırşina bu il 16-22 sentyabr tarixlərində Bakıda keçiriləcək bədii gimnastika üzrə dünya çempionatının səfiridir. Trend-ə müsahibəsində Y.Batırşina səfir qismində qarşıda duran vəzifələrdən, Bakıya səfərindən danışıb. Keçmiş gimnastın sözlərinə görə, o, mayın 16-19-da Bakıda bədii gimnastika üzrə Avropa çempionatını böyük məmnuniyyətlə izləyəcək: “Bu, dünya çempionatından əvvəl son böyük turnirdir. Mənə elə gəlir ki, bizi çox maraqlı yarışlar gözləyir. Bu gün rəqabət çox böyükdür”. Dünya çempionatının səfiri qismində missiyasından danışan Y.Batırşina qeyd edib ki, yarışlar onun sevimli şəhərində keçiriləcək: “Mən səfir olmağım barədə rəsmi təsdiqi alanda orada qeyd olunmuşdu ki, mənim əsas məqsədim gimnastikanın populyarlaşdırılması, qaliblərin mükafatlandırılmasıdır. Amma bundan başqa, gənc gimnastlarla görüşlər, ustad dərsləri, xeyriyyə aksiyaları təşkil olunacaq. Ümid edirəm ki, mən Bakıdakı dünya çempionatının layiqli səfiri olacağam”. Azərbaycan Gimnastika Federasiyasının (AGF) fəaliyyətindən danışan gimnast xatırladıb ki, 2018-ci ilin yekunlarına əsasən AGF Beynəlxalq Gimnastika Federasiyasının reytinqində birinci yerdə qərarlaşıb: