AMEAnın məhsulları keyfiyyətinə görə xarici mallardan üstün sayılacaq


Digərləri 13 May 2019 17:55:00 336 0

AMEAnın məhsulları keyfiyyətinə görə xarici mallardan üstün sayılacaq

Azərbaycan Milli Elmlər Akademiyasının Yüksək Texnologiyalar (YT) Parkında istehsal olunan məhsulların keyfiyyət göstəriciləri xaricdən idxal olunan məhsulların keyfiyyət göstəriciləri ilə eyni olduqda, dövlət qurumları və təşkilatları tərəfindən YT Parkda istehsal olunan məhsullara "Dövlət satınalmaları haqqında" qanuna uyğun olaraq güzəştli düzəliş tətbiq ediləcək.

Son.az Trend-ə istinadən bildirir ki, bu, Nazirlər Kabineti tərəfindən yeni təsdiqlənmiş "Azərbaycan Milli Elmlər Akademiyasının Yüksək Texnologiyalar Parkında istehsal olunan məhsullar üçün dövlət sifarişlərinin verilməsi Qaydası"nda öz əksini tapıb.

Qaydanın əsas məqsədi Yüksək Texnologiyalar Parkında istehsal fəaliyyətinin stimullaşdırılması, rezidentlərlə dövlət qurumları arasında əlaqələrin genişləndirilməsi, YT Parkda istehsal olunan məhsullar üzrə dövlət sifarişlərinin verilməsinin həyata keçirilməsidir.

Parkda istehsal olunan məhsulların çeşidləri Azərbaycan Milli Elmlər Akademiyası tərəfindən müəyyən olunur. YT Parkda istehsal olunan məhsulların qiymətləri bazar iqtisadiyyatının prinsipləri nəzərə alınmaqla, rezidentlər tərəfindən müəyyən olunur.