Xaçmaza güclü dolu düşdü


Digərləri 13 May 2019 17:50:00 232 0

Xaçmaza güclü dolu düşdü

Xaçmaza güclü dolu düşüb.

Son.az xəbər verir ki, bu barədə Trend-ə Xaçmaz Rayon İcra Hakimiyyəti başçısının müavini-şöbə müdiri Bəxtiyar Osmanov məlumat verib.

B.Osmanov bildirib ki, yağıntı rayon mərkəzində və ətraf kəndlərdə müşahidə olunub.

Dolu 15 dəqiqə davam edib: "RİH nümayəndələri iş başındadırlar və dəymiş zərərin həcmi araşdırılır. İlkin ehtimallara görə, əsas ziyan kənd təsərrüfatına dəyib, avtomobillərə, evlərə və o cümlədən obyektlər də ziyan görüb".

Şöbə müdiri əlavə edib ki, bu gün saat 14:05-də başlayan dolu daha sonra güclü yağışa çevrilib.