Cahangir Hacıyevin məhkəməsində iş adamı: Səhmlər banka yaxın şəxsin adına rəsmiləşdirildi


Digərləri 13 May 2019 17:48:00 203 0

Cahangir Hacıyevin məhkəməsində iş adamı: Səhmlər banka yaxın şəxsin adına rəsmiləşdirildi

Bakı Ağır Cinayətlər Məhkəməsində mənimsəmədə təqsirləndirilən “Azərbaycan Beynəlxalq Bankı” ASC-nin İdarə Heyətinin sabiq sədri Cahangir Hacıyev və digəırlərinin cinayət işi üzrə məhkəmə iclası davam etdirilib.

Bakı. Samir Əli - Bakı Ağır Cinayətlər Məhkəməsində mənimsəmədə təqsirləndirilən “Azərbaycan Beynəlxalq Bankı” ASC-nin İdarə Heyətinin sabiq sədri Cahangir Hacıyev, onun bacanağı İsmayıl Hidayət-zadə, sabiq deputat Dünyamin Xəlilov, Camal Həsənov, Sərxan Rəsulov, Natiq İmanov, Samir Hacıyev, Təbriz Əbdülhəmidov, Mahir Qafarov, Sadıx Murtuzayev, Tərlan Məhərrəmov, Fəxrəddin Heybətov, Ramin Əhmədov, Fariz Muradov, Səlahəddin Qədirov, Erxan Cavad, Arif Ramazanov, Navai Şirinov, Svetlana Əsədullayeva, Arif Mədətov, Adil Mikayılov, Ramis Kərimovun cinayət işi üzrə məhkəmə iclası davam etdirilib. Trend-in məlumatına görə, hakim Faiq Qəniyevin sədrliyi ilə keçirilən prosesdə şahid qismində ifadə verən Emin Sadiq bildirib ki, 1997-2007-ci illərdə BP şirkətində çalışıb: "Əsas işimiz neft və neft məhsullarının satışı ilə bağlı idi. Azərbaycanda və Qazaxıstanda nümayəndəliyimiz var idi. İrana hazır məhsul aparırdıq. BP şirkətindən ayrılandan sonra özəl şirkətdə rəhbər vəzifədə çalışmışam. Maliyyə problemləri olan zaman yaxın dostum məni Beynəlxalq Bankın Moskva filialının rəhbəri Fuad Abdullayevlə tanış etdi. Sonra bankla birgə çalışdıq, kredit ayrıldı. 2011-ci ilin sonlarında bizə Qazaxıstandakı dostlarımızdan neftin ixracı ilə bağlı təklif gəldi. Təklif yaxşı idi. Biz də Beynəlxalq Bankla danışıqlara başladıq. Təklif gəldi ki, şirkətin səhminin 60 faizi bankın olacaq. Səhmlər banka yaxın adam olan Həsən Hətəmovun adına rəsmiləşdi. Şirkətin 12.5 faizi Qazaxıstan vətəndaşı, mənim qaynatamın adına, 15 faizi mənim adıma, digər faiz isə digər Qazaxıatan vətəndaşının adına idi. Bu layihəyə görə 27 milyon 500 dollar bankdan pul ayırılıb, Qazaxıstan dövlətinin xəzinəsinə köçürüldü. Ümumilikdə neft layihəsi üçün bankdan şirkətə 62 milyon dollar pul ayrılıb. Həmin pulla Qazaxıstanda ərazi alıb, neft yatağı etmişik. Bir neçə neft quyusu qazdıq. 2014-cü ildə Fuad Abdullayev görüş zamanı bildirdi ki, bankda problem yaranıb. Bizi maliyyələşdirə bilməyəcəklərini söylədi. Sonra biz dünya bazarında maliyyə axtarmağa başladıq. Bizə məlum oldu ki, şirkətimiz dünya bazarında 4 fiziki şəxs olan səhmdarla maliyyə tapa bilməyəcəyik. Sonra biz həmin səhmdarlar başqa adla şirkət qurduq, rəsmiləşməyə bir il vaxt getdi. Bank artıq bizim şirkəti maliyyələşdirə bilmədi. Lakin bizə bank veksellərlə 2 milyon dollar pul verdi. Bir qədər keçəndə Beynəlxalq Bankda problem yarandı, Xəzər dənizinin ləpələri neft yatağımızı su altında qoydu. Mən bir neçə şirkətlə danışığa başladım, istəmirdim ki, şirkəti itirəm. Sonra Moskva şəhərinə gedən zaman orada həbs olunmuşam, Bakıya göndərilmişəm". Məhkəmədə elan olunub ki, bu iş üzrə E.Sadiq barəsində cinayət işi başlanılıb, ayrıca icraata verilib. Məhkəmənin növbəti iclası mayın 20-nə təyin edilib.