Tələbələrin qanlı davası üzrə məhkəmə işi yekunlaşdı


Kriminal 13 May 2019 17:34:00 224 0

Tələbələrin qanlı davası üzrə məhkəmə işi yekunlaşdı

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində qətldə təqsirləndirilən Rauf Murğuzovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb. 

Son.az Oxu.az-a istinadən xəbər verir ki, hakim Rasim Sadıxovun sədrliyi ilə keçirilən prosesdə hökm oxunub. 

Hökmə əsasən, R.Murğuzov 10 il müddətinə azadlıqdan məhrum edilib. 

Qeyd edək ki, ötən il dekabrın 23-də Nərimanov rayonu ərazisində Ağstafa rayon sakini Rauf Murğuzov münaqişə zəminində həmyerlisi Elman Xəlilovu bıçaqla qətlə yetirib. Polis və prokurorluq orqanları əməkdaşlarının keçirdikləri istintaq və əməliyyat-axtarış tədbirləri nəticəsində R.Murğuzov saxlanılıb.