Diabetin beş erkən simptomu


Digərləri 13 May 2019 17:06:00 353 0

Diabetin beş erkən simptomu

Tibb mütəxəssisləri diabet xəstəliyinin beş erkən simptomunu açıqlayıb

. Erkən simptomlar həyəcan doğurmasa da, onları nəzarətsiz buraxmaq olmaz.

Son.az oxu.az-a istinadən xəbər verir ki, bu barədə "Rossiyskaya qazeta" yazır.

İlk növbədə, dəridə müşahidə olunan qəribə dəyişikliklərə diqqət yetirmək lazımdır. Söhbət həm dərinin xarici görünüşündən, həm də susuzluqdan irəli gələn narahatlıq hissindən gedir.

Bundan savayı, boyun nahiyəsində, qoltuqaltı və qasıq nahiyəsində qaralmaların olub-olmamasına fikir vermək, aşkarlandığı təqdirdə onun səbəblərini müəyyənləşdirmək lazımdır.

Qan damarlarının zədələnməsi ilə əlaqədar sidik-tənasül sisteminin problemləri də həyəcan siqnalı sayıla bilər.