Qırmızı buludun içindən UNO çıxdı


Dünya 13 May 2019 16:35:00 234 0

Qırmızı buludun içindən UNO çıxdı

Taylandın Pxuket adasında istirahət edən Darren Blekli maraqlı anları telefonun yaddaşına köçürə bilib.

Son.az ölkə.az-a istinadən bildirir ki, adada istirahət edən yeni zelandiyalı Blekli gözlənilmədən sirli fenomenin şahidi olub. Yerdən bir az hündürlükdə qırmızı yağış buludunun içində ildırım çaxıb. Sonra isə baş verən hadisə hamını çaşqına çevirib.

Qəflətən buludun içindən UNO çıxıb. Hadisə şahidləri bildirirlər ki, obyekt işıq saçan iki şara bənzəyirmiş. UNO sonradan səmaya ucalıb və gözdən itib. Bəziləri bu fenomenin UNO olduğunu, bəziləri isə şarşəkilli ildırım olduğunu qeyd ediblər.