Bu il AÇG üzrə ümumi hasilat 7 milyon ton olub


Digərləri 13 May 2019 16:25:00 218 0

Bu il AÇG üzrə ümumi hasilat 7 milyon ton olub

Bu ilin birincü rübü üçün AÇG-dən ümumi hasilat - Çıraq (43 000), Mərkəzi Azəri (146 000), Qərbi Azəri (128 000), Şərqi Azəri (100 000), Dərinsulu Günəşli (96 000) və Qərbi Çıraq (58 000) platformalarından birlikdə - gündə orta hesabla 571 000 barel və ya ümumilikdə təqribən 52 milyon barel, yəni 7 milyon ton olub.

Son.az bildirir ki, "BP Exploration (Caspian Sea) Limited" şirkətindən Trend-ə verilən məlumata görə, 2019-cu ilin birinci rübündə Azəri-Çıraq-Günəşlidən (AÇG) stabil hasilat təhlükəsiz və etibarlı şəkildə davam edib.

Birinci rübün sonunda AÇG-də ümumilikdə 119 neft hasilat quyusu və 42 su injektor quyusu və 7 qaz injektor quyusu istismarda olub.

Birinci rübdə AÇG-də 4 neft hasilat quyusu qazılıb.