Bakıda şagird məktəbin 2ci mərtəbəsindən özünü atdı


Digərləri 13 May 2019 16:07:00 248 0

Bakıda şagird məktəbin 2ci mərtəbəsindən özünü atdı

Bakıda özünü 273 nömrəli tam orta məktəbin binasının ikinci mərtəbəsindən atan oğlan bunu dərsdən qaçmaq məqsədilə edib.

Məktəbdən Son.az-a verilən məlumata görə, mayın 13-də tənəffüs zamanı - saat təxminən 11:20 radələrində məktəbin VIII sinif şagirdi (müvafiq səbəblərdən şagirdin adı qeyd olunmur) dərsdən qaçmaq məqsədilə II mərtəbədəki sinif otağının pəncərəsindən əvvəlcə çantasını, sonra özünü aşağı atıb. O, bədəninin müxtəlif nahiyələrindən zədələr alıb:

"Dərhal təcili tibbi yardım çağırılıb, şagirdin valideynlərinə xəbər verilib. Hazırda uşaq 1 saylı Şəhər Klinik Xəstəxanasına yerləşdirilib".

Bakı Şəhəri üzrə Təhsil İdarəsindən Trend-ə verilən məlumata görə, hadisə ilə bağlı Bakı Şəhəri üzrə Təhsil İdarəsi tərəfindən xidməti araşdırma aparılır. Araşdırmanın nəticələri barədə əlavə məlumat veriləcək: