Ağdamda məcburi köçkünlər üçün ödənişsiz tibbi müayinə keçirilib


Digərləri 13 May 2019 16:05:00 212 0

Ağdamda məcburi köçkünlər üçün ödənişsiz tibbi müayinə keçirilib

Ağdam rayonunun Ergi ərazisindəki Mirzələr qış yatağında məskunlaşmış məcburi köçkünlər üçün ödənişsiz tibbi müayinə keçirilib.

Bakı. Mərkəzi Klinikanın Mama-Ginekologiya şöbəsinin müdiri, Əməkdar həkim, T.E.N. Mahirə İsmayılovanın rəhbərliyi ilə tibbi heyət mayın 11-də Ağdam rayonunun Ergi ərazisindəki Mirzələr qış yatağında məskunlaşmış məcburi köçkünlər üçün ödənişsiz tibbi müayinə keçirib. Bu barədə Trend-ə klinikadan məlumat verilib. Ermənistanın hərbi təcavüzü və işğalçılıq siyasəti nəticəsində öz yurdundan didərgin düşən qaçqın və məcburi köçkün həmvətənlərimizin sağlamlığının qorunması və keyfiyyətli tibbi xidmətlə təmin edilməsi Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sosial siyasətinin əsas istiqamətlərindəndir. Bu kateqoriyadan olan vətəndaşlar üçün layiqli həyat şəraitinin yaradılmasına Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva da ciddi diqqət və həssaslıqla yanaşır. Dövlətimizin bu istiqamətdəki siyasətinə dəstək məqsədi ilə “Qarabağa sağlam nəsillə qayıdaq !“ birgə layihəsi start götürüb. Dr.Mahirə İsmayılova Ağdam sakinləri ilə görüşdə bildirib ki, “Azərbaycan ərazilərinin 20 faizi Ermənistan silahlı birləşmələrinin işğalı altında olsa da, hər bir azərbaycanlı əmindir ki, biz Qarabağımıza qayıdacaq, quruculuq işləri aparacağıq: "Bunun üçün bizə sağlam nəsil lazımdır. Sağlam nəsil isə sağlam qadından başlayır. Bu fikri rəhbər tutaraq biz “Qarabağa sağlam nəsillə qayıdaq” devizi ilə layihəyə start verdik. Layihəyə birinci olaraq təmas xəttində yerləşən Ağdam rayonunun Mirzələr qış yatağında məskunlaşan məcburi köçkünləri cəlb etdik".