Əli Əhmədov: Müxalifət niyə və necə antimilli ünsürə çevrilir?


Digərləri 13 May 2019 15:41:00 74 0

Əli Əhmədov: Müxalifət niyə və necə antimilli ünsürə çevrilir?

İnsanın özgələşməsi, yəni sosial yadlaşması təkcə şəxsi faciə deyil, eyni zamanda ictimai təhlükəli hadisədir.

Bakı. Elçin Mehdiyev - İnsanın özgələşməsi, yəni sosial yadlaşması təkcə şəxsi faciə deyil, eyni zamanda ictimai təhlükəli hadisədir. Cəmiyyətdə qəbul olunmuş dəyərlərə və birgəyaşayış normalarına məhəl qoymayanlar ictimai mühitdə yad ünsürə çevrilərək, özgələşərək ictimai normaların və dəyərlərin daşıyıcısı mahiyyətini itirmiş olurlar. Eyni zamanda ictimai maraqlar onlar üçün mənasızlaşır, şəxsi maraqlar və ya ambisiyalar dominant rol oynamağa başlayır. Trend-in məlumatına görə, bunu Baş nazirin müavini, Yeni Azərbaycan Partiyasının Sədr müavini-İcra katibi Əli Əhmədov deyib. Ə.Əhmədov bildirib ki, sosial yadlaşma Azərbaycanın bəzi müxalifət nümayəndələrinin timsalında özünü aydın surətdə göstərir: “Siyasi davranış və normalardan, siyasi əxlaq tələblərindən üz döndərməklə onlar əslində cəmiyyətin siyasi sisteminin vacib ünsürü olmaq şanslarını itirir. Bu isə şəxsi (qrup) maraqlar ilə milli maraqların toqquşması, birincinin ikinci üzərində dominantlığı ilə müşayiət olunur. Nəticə etibarı ilə antimilli ünsürün formalaşması prosesi baş verir. Müxtəlif milli şüarlar altında, əslində isə milli maraqlara zərbə vuran davranışın sərgilənməsi antimilli fəaliyyətin növ müxtəlifliyidir. Həm də bu daha təhlükəli olması ilə fərqlənir. Onun təhlükəsi ondadır ki, cəmiyyətin özünümüdafiə immunitetini çaşdırmaqla milli maraqlara daha ağır zərbə vurmaq imkanına malikdir. Hər bir cəmiyyətin yad təsirlərə, təhdidlərə qarşı immuniteti var və onun sayəsində milli birlik, həmrəylik, milli iradə kimi özünümüdafiə mexanizmi formalaşıb fəaliyyət göstərir. Bu mexanizm zəiflədikdə və ya zəiflədildikdə avtomatik olaraq cəmiyyətin özünümüdafiə immuniteti zəifləmiş olur. Dövlətlərarası müasir kəskin rəqabət şəraitində ayrı-ayrı cəmiyyətlərin özünümühafizə immunitetinin zəiflədilməsi ölkələrə qarşı təzyiq və təhdid vasitələri sırasında xüsusi əhəmiyyət kəsb edir”. Ə.Əhmədov vurğulayıb ki, Azərbaycan müxalifətinin müəyyən kəsiminə aid olan azsaylı qrupların və konkret fərdlərin sərgilədiyi siyasi davranış milli maraqlara qarşı çevrilmiş antimilli fəaliyyətə ən xarakterik nümunədir: “Əvvəla bu davranış, davranış formaları milli maraqlara münasibət baxımından cəmiyyətin birliyi və həmrəyliyini zədələmək kimi çirkin və təhlükəli məqsədə xidmət edir. İkincisi, həmin qrupların hədəfində Azərbaycanın imicinin pisləşməsi, ölkəmiz haqqında mənfi rəyin formalaşmasından ibarət məkrli niyyət dayanır. Üçüncüsü isə, onlar Azərbaycana qarşı fəaliyyət göstərən qatı antiazərbaycan qüvvələrlə işbirliyi qurur, sonuncuların əlində çirkli bir vasitəyə çevrilirlər. Nümunə üçün uzağa getməyə ehtiyac yoxdur. Azərbaycan müxalifətinin həm Azərbaycanda, həm də Azərbaycandan kənarda olan nümayəndələri tərəfindən yorulmadan yalan, böhtan, ləkələmə və təhqir kampaniyasının aparılması antimilliliyin “parlaq” nümunəsidir. Onlar özünü nəinki Azərbaycan cəmiyyətinin üzvü kimi dərk edə bilmir (yaxud istəmir), habelə bütün gücünü ölkəyə qarşı təbliğat aparmağa sərf edir. Təbii ki, öz vətəninə qarşı bu cür satqınlıq maraqlı qüvvələr tərəfindən “qiymətləndirilməyə” bilməz. Onlar dərhal qanadlar altına alınır, sığınacaq verilir, yaşayışları təmin edilir, övladları bahalı universitetlərdə təhsil alır. Ancaq heç nə əvəzsiz olmur. Həmin insanlar aldıqlarının əvəzini şərəfsiz satqınlıqla, antimilli ünsürə çevrilməklə qaytarmağa məcburdur. Beləcə iradəsi zəif, ambisiyası yüksək adamlar sırasından antimilli qüvvə yaratmaq texnologiyası işə düşür. Yaxşı haldır ki, Azərbaycanda milli iradəsi zəif, dövlətimizin maraqlarını satmaq hesabına “yaxşı” yaşamaq kimi rəzil və təhlükəli yola düşmək istəyənlərin sayı azdır, çox azdır. Həyat göstərir ki, milli satqınlıq hesabına qazanılan “yaxşı həyat” heç kimi xalqın nifrətindən xilas etmir və edə bilməz. Xoşbəxt o insandır ki, hansı vəzifədə və statusda olmasından asılı olmayaraq öz xalqına və dövlətinə xidmət edir”. Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin
Yenidən qurulan XocəsənLökbatan yolunda SON VƏZİYYƏT  FOTO like
  • 13 May 15:40  
Digərləri Yenidən qurulan XocəsənLökbatan yolunda SON VƏZİYYƏT FOTO

Paytaxtın nəqliyyat sistemində mühüm əhəmiyyətə malik yolların yenidə

arrow Ətraflı
Kinematoqrafçılar İttifaqı Litva səfirliyi ilə birgə tədbir keçirəcək like
  • 13 May 15:37  
Digərləri Kinematoqrafçılar İttifaqı Litva səfirliyi ilə birgə tədbir keçirəcək

Azərbaycan Respublikası Kinematoqrafçılar İttifaqı və Litvanın Azərbayc

arrow Ətraflı
Respublika Kinematoqrafçılar İttifaqı Litva səfirliyi ilə birgə tədbir keçirəcək like
  • 13 May 15:35  
Kriminal Respublika Kinematoqrafçılar İttifaqı Litva səfirliyi ilə birgə tədbir keçirəcək

Azərbaycan Respublikası Kinematoqrafçılar İttifaqı və Litvanın Azərbayc

arrow Ətraflı
Kiyevdə Heydər Əliyevin 96 illiyinə həsr olunmuş etnocaz festivalı keçirilib  FOTO like
  • 13 May 15:31  
Kriminal Kiyevdə Heydər Əliyevin 96 illiyinə həsr olunmuş etnocaz festivalı keçirilib FOTO

Ukraynanın paytaxtı Kiyevdə Heydər Əliyev adına istirahət parkında Ulu

arrow Ətraflı
Hər on min nəfərə 54 tibb işçisi düşür like
  • 13 May 15:26  
Digərləri Hər on min nəfərə 54 tibb işçisi düşür

Azərbaycanda 52 min 807 orta tibb işçisi var ki, onların da 37 min 322 nəf

arrow Ətraflı
Azərbaycanda bu abituriyentlər kolleclərə İMTAHANSIZ qəbul oluna biləcəklər like
  • 13 May 15:24  
Digərləri Azərbaycanda bu abituriyentlər kolleclərə İMTAHANSIZ qəbul oluna biləcəklər

Azərbaycanda ali və orta ixtisas təhsili müəssisələrinə tələbə qəbul

arrow Ətraflı
UNEC-in müəllim-professor heyəti Ulduz Şokolad Fabrikində olub (FOTO) like
  • 13 May 15:24  
Digərləri UNEC-in müəllim-professor heyəti Ulduz Şokolad Fabrikində olub (FOTO)

Ulduz Şokolad Fabriki UNEC-in müəllim-professor heyətini qəbul edib.

arrow Ətraflı
Azərbaycanlı tennisçi amerikalı rəqibini məğlub edib çempion oldu like
  • 13 May 15:22  
İdman Azərbaycanlı tennisçi amerikalı rəqibini məğlub edib çempion oldu

29 aprel - 13 may tarixlərində Bakı Tennis Akademiyasında Heydər Ə

arrow Ətraflı
“Ölənə kimi fəxr etmirdim, indi fəxr edirəm” like
  • 13 May 15:22  
Şou-biznes “Ölənə kimi fəxr etmirdim, indi fəxr edirəm”

İlk dəfə ana sözünü Aydından eşitmişəm.

arrow Ətraflı
“Azərxalça” daha iki regional məntəqədə yun tədarükünə başlayıb (FOTO) like
  • 13 May 15:20  
Digərləri “Azərxalça” daha iki regional məntəqədə yun tədarükünə başlayıb (FOTO)

Respublikamızdakı xalçaçılıq müəssisələrinin yerli xammalla təmin olu

arrow Ətraflı
Məhkəmədə birbirinin üzünə duran 2 qadının acı like
  • 13 May 15:17  
Kriminal Məhkəmədə birbirinin üzünə duran 2 qadının acı

Son.az bildirir ki, ARB TV-nin "Rezonans" proqramının növbəti b

arrow Ətraflı
Azərbaycanda bu abituriyentlər kolleclərə İMTAHANSIZ qəbul oluna biləcəklər like
  • 13 May 15:16  
Digərləri Azərbaycanda bu abituriyentlər kolleclərə İMTAHANSIZ qəbul oluna biləcəklər

Azərbaycanda ali və orta ixtisas təhsili müəssisələrinə tələbə qəbul

arrow Ətraflı
Çingiz Norveçdə 3cü oldu like
  • 13 May 15:13  
Şou-biznes Çingiz Norveçdə 3cü oldu

Norveçin ictimai kanalında yayımlanan "Adresse Tel -Aviv" proqramı

arrow Ətraflı
Azərbaycanda məşhur iş adamı qəfil öldü like
  • 13 May 15:11  
Digərləri Azərbaycanda məşhur iş adamı qəfil öldü

Azərbaycanda quşçuluq təsərrüfatlarının və iri brolyer sənaye müssis

arrow Ətraflı