Yenidən qurulan XocəsənLökbatan yolunda SON VƏZİYYƏT FOTO


Digərləri 13 May 2019 15:40:00 185 0

Yenidən qurulan XocəsənLökbatan yolunda SON VƏZİYYƏT  FOTO

Paytaxtın nəqliyyat sistemində mühüm əhəmiyyətə malik yolların yenidən qurulması işləri çərçivəsində Xocahəsən-Lökbatan yolunun 12 km-lik hissəsinin bərpası işləri davam etdirilir.

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən Son.az-a verilən məlumata görə, Xocahəsən-Lökbatan avtomobil yolu I texniki dərəcəli olmaqla 4 hərəkət zolaqlıdır. Yolun hərəkət hissəsini eni 16 metr təşkil edir.

Başlanğıcını respublikanın iki mühüm avtomobil yolu sayılan Bakı-Quba-Rusiya Federasiyası ilə dövlət sərhədi avtomobil yolu ilə Bakı-Şamaxı-Yevlax avtomobil yolunun kəsişdiyi ərazidən götürən Xocahəsən-Lökbatan avtomobil yolu Binəqədi və Qaradağ rayonları ərazisindən keçir və paytaxtın mühüm nəqliyyat arteriyası hesab olunur.

Avtomobil yolu uzun illər istismar olunduğundan, yolun hərəkət hissəsində çökmələr, sürüşmə xarakterli deformasiyalar əmələ gəldiyindən əsaslı təmirə ehtiyac var idi. Yolun belə vəziyyətdə olması hərəkətdə müəyyən problemlərə səbəb olurdu.

Layihəyə uyğun olaraq köhnə asfalt-beton örtüyü frezlənərək kənara daşınıb, qabarmış və dağılmış hissələr qazılaraq çıxarılıb, əks-dolğu aparılaraq kipləşdirmə işləri aparılıb. Əks-dolğu işlərinin aparıldığı ərazilər daha sonra hamarlayıcı lay asfalt-beton örtüyü düşənməklə profilə salınıb.

Tikinti norma və qaydalarına əsasən Xocahəsən-Lökbatan avtomobil yoluna iri və xırda dənəli olmaqla yeni asfalt-beton örtüyünün döşənməsi işlərinə start verilib. Asfaltlanma işləri bitən ərazilərdə çiyin hissələr optimal qum-çınqıl qarışığı verilməklə bərkidilməsi işləri də görülür.


Xəbərə aid fotolar