İcazəsiz balıq ovu ilə məşğul olan şəxslərlə bağlı 42 iş hüquq-mühafizə orqanlarına göndərildi


Digərləri 13 May 2019 15:32:00 329 0

İcazəsiz balıq ovu ilə məşğul olan şəxslərlə bağlı 42 iş hüquq-mühafizə orqanlarına göndərildi

Ekologiya və Təbii Sərvətlər Nazirliyi bu ilin 4 ayı ərzində icazəsiz balıq ovu ilə məşğul olan, qadağan olunmuş ov alətlətindən istifadə edən, nəzərdə tutulmayan yerlərdə balıq ovlayan şəxslərlə bağlı hüquq-mühafizə orqanlarına 42 iş göndərib.

Bakı. İlhamə İsabalayeva - Ekologiya və Təbii Sərvətlər Nazirliyi bu ilin 4 ayı ərzində icazəsiz balıq ovu ilə məşğul olan, qadağan olunmuş ov alətlətindən istifadə edən, nəzərdə tutulmayan yerlərdə balıq ovlayan şəxslərlə bağlı hüquq-mühafizə orqanlarına 42 iş göndərib. Trend-in məlumatına görə, Nazirliyin mətbuat katibi İradə İbrahimova bildirib ki, hazırda balıqların kürütökmə dövrü olduğu üçün sentyabrın 1-dək sənaye balıq ovu qadağan edilib. Lakin brakonyerlər tərəfindən yenə də balıq ovlanması halları müşahidə olunur: "Niyə balıqçılar düşünmürlər ki, kürütökmə dövründə balığın ovlanması onun kökünün kəsilməsi deməkdir? Məgər bunun üçün hansısa elmi yanaşmaya ehtiyac var? Hamıya bəllidir ki, kürüsü olan balıq ovlanırsa, yüzlərlə körpə balıq məhv edilir. Nəticədə ildən-ilə balıq növlərinin sayı azalır. Bu da ölkənin balıq ehtiyatlarının məhvinə şərait yaradan bir hərəkətdir. Anlamalıyıq ki, balıqların kortəbii ovlanması az bir vaxtda qarşısıalınmaz fəsadara səbəb olacaq”. İ.İbrahimova qeyd edib ki, brakonyerlərin qarşısını almaq üçün mütəmadi reydlər keçirilir. Amma bir-iki qurumun əməkdaşının dənizin və çayların bütün nöqtələrini qoruyub brakonyerləri aşkar etməsi fiziki olaraq mümkün deyil, bu işdə cəmiyyətin bütün təbəqələrinin sayıqlığı vacibdir: