Kinematoqrafçılar İttifaqı Litva səfirliyi ilə birgə tədbir keçirəcək


Digərləri 13 May 2019 15:37:28 179 0

Kinematoqrafçılar İttifaqı Litva səfirliyi ilə birgə tədbir keçirəcək

Azərbaycan Respublikası Kinematoqrafçılar İttifaqı və Litvanın Azərbaycandakı səfirliyi birgə tədbir təşkil edəcək.

Bakı. Azərbaycan Respublikası Kinematoqrafçılar İttifaqı və Litvanın Azərbaycandakı səfirliyi birgə tədbir təşkil edəcək. İttifaqın Mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, may ayının 15-də “CinemaPlus Azərbaycan” kinoteatrında keçiriləcək tədbirdə Litvanın tanınmış kinorejissoru Mindaugas Survila ilə görüş olacaq. Görüşdən sonra rejissorun “Древний лес” (Qədim meşə) filmi nümayiş etdiriləcək. Tədbir 15 may tarixində saat 19:00-da baş tutacaq.