Hər on min nəfərə 54 tibb işçisi düşür


Digərləri 13 May 2019 15:26:00 228 0

Hər on min nəfərə 54 tibb işçisi düşür

Azərbaycanda 52 min 807 orta tibb işçisi var ki, onların da 37 min 322 nəfəri tibb bacılarıdır.

Dövlət Statistika Komitəsinin son məlumatına görə, əhalinin hər on min nəfərinə düşən orta tibb işçilərinin sayı 54, tibb bacılarının sayı isə 38.2-yə bərabərdir.

Səhiyyə Nazirliyindən Trend-ə verilən məlumata görə, ölkəmizdə peşəkar tibb bacılarının hazırlanmasına xüsusi diqqət yetirilir, onların bilik və bacarıqlarının artırılması istiqamətində tədbirlər görülür.

Hazırda tibb bacıları səhiyyə işçiləri arasında sayca çoxluq təşkil edirlər. Xəstələrin sağalıb şəfa tapması və normal həyata qayıtmağında həkim göstərişlərini yerinə yetirən xidmət işçisi kimi onların üzərinə böyük vəzifə düşür.

Qeyd edək ki, hər il mayın 12-si Beynəlxalq Tibb Bacısı Günü kimi qeyd olunur.

Beynəlxalq Tibb Bacısı Günü Krım müharibəsi zamanı (1853-1856) ilk dəfə şəfqət bacısı xidməti təşkil edən məşhur ingilis Florens Haytingelin ad günü şərəfinə təşkil edilib.