Bakıda təcili tibbi yardım maşını qəzaya uğradı:


Digərləri 13 May 2019 14:36:00 247 0

Bakıda təcili tibbi yardım maşını qəzaya uğradı:

Bakının Qaradağ rayonunun Ələt qəsəbəsində təcili tibbi yardım maşını qəzaya uğrayıb.

Son.az xəbər verir ki, Səhiyyə Nazirliyinin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, hadisə nəticəsində biri kişi, ikisi qadın olmaqla, 3 nəfər xəsarət alıb.

Xəsarət alan tibb işçiləridir və onların vəziyyəti orta ağır qiymətləndirilir.

Xəstələr Kliniki Tibbi Mərkəzə yerləşdiriliblər.