Hemiltonla Fettel arasında növbəti insident - VİDEO


İdman 13 May 2019 13:32:00 243 0

Hemiltonla Fettel arasında növbəti insident - VİDEO

Almaniyanın “Mercedes” komandasının pilotu Lüis Hemiltonla İtaliya “Ferrari”sinin sürücüsü Sebastyan Fettel arasında növbəti insident baş verib.

Goal.az xəbər verir ki, hadisə mayın 12-də Barselonada baş tutan İspaniya Qran-prisinin startı ərəfəsində olub. İsinmə zamanı irəlidə gedən Fettel qəfildən əyləci basıb. Arxadan gələn Hemilton isə sürəti çətinliklə azaldaraq, qəzadan son anda yan keçib. Britaniyalı pilot radioqəbuledici vasitəsi ilə rəqibinin bu davranışından narazılığını ifadə edib.

İspaniya Qran-prisinin qalibi Hemilton olub. O, qələbəsini xərçəng xəstəliyindən əziyyət çəkən 5 yaşlı azarkeşinə həsr edib. Fettel isə 4-cü olub.

Qeyd edək ki, bu iki pilot arasında əvvələr də insident olub. 2017-ci il Azərbaycan Qran-prisində də Lüis Hemiltonun gözlənilmədən əyləci sıxması nəticəsində arxadan gələn Sebastyan Fettelin maşını onun boldinə dəyib. Alımaniyalı sürücü daha sonra yandan keçərək boldini onun maşınına çırpıb.