Azərbaycan İlahiyyat İnstitutu “DOST süfrəsi” aksiyasına qoşuldu


Digərləri 13 May 2019 13:35:00 221 0

Azərbaycan İlahiyyat İnstitutu “DOST süfrəsi” aksiyasına qoşuldu

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən başladılan “DOST süfrəsi” aksiyasına Azərbaycan İlahiyyat İnstitutu da qoşulub.

Bakı. Ramazan həmrəylik, dostluq, qardaşlıq, sevgi, mərhəmət və ruzi-bərəkət ayıdır. Bu ay insanları gözəl niyyətlər və xeyirxah əməllər naminə birliyə çağırır. Ramazan ayının əsas ənənələrindən biri də iftar süfrəsini bölüşməkdir. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən başladılan “DOST süfrəsi” aksiyasına Azərbaycan İlahiyyat İnstitutu da qoşulub. İftar süfrəsi ətrafında bir qrup əlilliyi olan şəxs və şəhid ailələrinin üzvləri ilə görüş olub. Səmimi, mehriban ünsiyyət mühitində yaddaqalan görüşdə Uca Tanrıdan xalqımıza firavanlıq, ölkəmizə sülh və əmin-amanlıq dilənib.