Çingiz Abdullayev: “Britaniyalılar Azərbaycana qarşı nasistlər kimi hərəkət etdilər”


Digərləri 13 May 2019 13:28:00 196 0

Çingiz Abdullayev: “Britaniyalılar Azərbaycana qarşı nasistlər kimi hərəkət etdilər”

"Liverpul"un məşqçisi Yurgen Klopp mütləq mənada peşəkardır və görkəmli mütəxəssisdir. Bu, doğrudan da, belədir. Lakin onun Bakının seçilməsi ilə bağlı dedikləri mənə təsir etdi.

Son.az virtualaz.org-a istinadən bildirir ki, bunu özünün "Facebook" səhifəsində xalq yazıçısı Çingiz Abdullayev yazıb.

"Onlar orda səhər yeməyində nə yeyiblər ki, final oyununun keçirilməsi üçün Bakını seçiblər?" - o soruşub. İndi artıq mən herr Kloppdan dəqiqləşdirmək istəyirəm. Mənim ölkəmin ünvanına belə həyasızcasına ifadələri işlətməyə özünə rəva görərkən o, səhər yeməyində nə yemişdi? Sadəcə, alman Kloppa xatırlatmaq istəyirəm ki, nasional-sosializmin ideologiyasının əsasında elə xalqların "ari"lərə və məhvə məhkum olunmuş ikinci növə bölünməsi dururdu. Bütün bu slavyanların, yəhudilərin, qaraçıların. Əlbəttə ki, yox. O, belə vəhşi bəyanatlarla çıxış etmir. Lakin başqa ölkəyə və başqa xalqa çox güclü elementar hörmətsizlik hiss olunur!" - Çingiz Abdullayev yazıb.

Yazıçı, həmçinin ingilis azarkeşlərinə Bakıda ehtiyatlı olmağı tövsiyə etmiş Böyük Britaniya XİN-in bəyanatına da toxunub.

"Böyük Britaniyanın sivilizasiyanın mədəniyyətində və inkişafında xüsusi rolu olub. Özünün dili, tarixi, ədəbiyyatı, musiqisi, elmi ilə. Mənim bu ölkəyə hörmətim sonsuzdur. Lakin turistlərin Bakıda gecə hücumlarından çəkinməli olması barədə bəyanatla çıxış etmək bir az çox yanlışdır. Mənə son illərdə yaxınlığında əcnəbilərin qarət olunduğu bar və restoranları göstərin. Heç olmasa, bir neçəsini. Yoxsa sübut etmək lazımdır ki, Bakı bəzi rayonlarına gecə vaxtı girməyin heç arzuolunan olmadığı Londona nisbətən qat-qat daha təhlükəsiz şəhərdir? Bu gün Bakı MDB ölkələri arasında ən təhlükəsiz şəhərlərdən biridir. Son illər ərzində biz bütün dünyaya yayımlanan xeyli beynəlxalq tədbir keçirmişik.