Bakı Mərkəzi Parkının 1-ci hissəsi bu ay istifadəyə veriləcək (FOTO)


Digərləri 13 May 2019 13:14:09 277 0

Bakı Mərkəzi Parkının 1-ci hissəsi bu ay istifadəyə veriləcək (FOTO)

Bakı Mərkəzi Parkının 1-ci hissəsi bu ilin mayında şəhər sakinlərinin istifadəsinə veriləcək.

Bakı. Ceyhun Ələkbərov - Bakı Mərkəzi Parkının 1-ci hissəsi bu ilin mayında şəhər sakinlərinin istifadəsinə veriləcək. Trend-in məlumatına görə, bu barədə "SkyscraperCity Azerbaijan" səhifəsində qeyd olunub. Parkın 1-ci hissəsi yerüstü piyada keçidləri və zolaqların biləşdirdiyi 6 hissədən ibarət olacaq. Burada şəhər sakinləri və qonaqlar üçün bir neçə istirahət və əyləncə yerləri təqdim olunacaq. Qeyd edək ki, Bakının “Sovetski” kimi tanınan ərazisində söküntü işləri başa çatdıqdan sonra 2016-cı ilin avqustundan yeni yolların çəkilməsi, yaşıllaşdırma və abadlıq işlərinin aparılması layihəsi çərçivəsində bir çox işlər görülüb. Həmin layihələrdən ən əsası "Sovetski"nin yerində salınan şəhərin böyük parklarından biri olacaq.