Tarkan ilk dəfə qızının FOTOlarını paylaşdı


Digərləri 13 May 2019 12:43:00 217 0

Tarkan ilk dəfə qızının FOTOlarını paylaşdı

Müğənni Tarkan dünənki Analar günü münasibəti ilə ilk dəfə olaraq qızının fotosunu instaqramda paylaşıb

Müğənni Tarkan dünənki Analar günü münasibəti ilə ilk dəfə olaraq qızının fotosunu instaqram-da paylaşıb.

Son.az publika.az-a istinadən xəbər verir ki, meqa ulduz anası Neşe Tevetoğlu və həyat yoldaşı Pınar Tevetoğlunun Analar gününü təbrik edib.

Anası ilə fotosunu paylaşan Tarkan "Canım anam. Nə əziyyətlərlə, çətinliklərlə və fədakarlıqlarla böyütdün balalarını. Haqqın ödənməz. Neçə belə Analar gününü birlikdə qeyd edək, inşallah. Səni çox sevirəm. Həmçinin bütün anaların da Analar gününü bütün qəlbimlə təbrik edirəm" qeydini edib.

Daha sonra ifaçı xanımı Pınar Tevetoğlunu da təbrik edib:


Xəbərə aid fotolar