YARAT təqdim edir: Çox iş görmək istəyiriksə, çox istirahət etməliyik (VİDEO)


Digərləri 13 May 2019 12:44:00 181 0

YARAT təqdim edir: Çox iş görmək istəyiriksə, çox istirahət etməliyik (VİDEO)

2019-cu ilin may ayının əvvəlində amerikalı alim və futurist Aleks Sucunq-Kim Penq Bakıda "Yaradıcı yanaşmanın və məhsuldarlığın inkişaf etdirilməsi üçün istirahətin vacibliyi" adlı unikal təlim keçirəcəkdir.

Bakı. 2019-cu ilin may ayının əvvəlində amerikalı alim və futurist Aleks Sucunq-Kim Penq Bakıda "Yaradıcı yanaşmanın və məhsuldarlığın inkişaf etdirilməsi üçün istirahətin vacibliyi" adlı unikal təlim keçirəcəkdir. "İnsan: Özünü dərk et" proqramı çərçivəsində "YARAT" müasir incəsənət məkanı Bakıda 16, 17 may 2019-cu il tarixlərində istirahət mövzusunda tədqiqatın eksperti, tanınmış amerikalı mütəxəssisi Aleks Sucunq-Kim Penqin ilkin mühazirə və təlimini təşkil edir. Futurist, yazıçı Silikon Vadisinin biznes məsləhətçisi Aleks Penq nə qədər çox işləsək, nəticə bir o qədər yaxşı olacağı mifini dağıdır. O, şüurlu istirahətin zehni və fiziki enerjini bərpa etmək və bununla yanaşı, düzgün istifadə edildikdə innovativ düşüncəni stimullaşdırmaq və yaradıcı həyatı inkişaf etdirmək imkanına malik olduğunu kəşf edib. Hamımız istirahət edirik, amma biz bunu daha yaxşı edib daha çox fayda əldə edə bilərik. Müasir dövrdə qəribə fikirlərlə rastlaşırıq: "az yatsaq daha çox iş görə bilərik" və yaxud böyük şirkətlər daxili resursları bərpa etmək üçün işçiləri məzuniyyətlərindən istifadəyə təşviq etmək məqsədilə lotereyalar keçirmək məcburiyyətində qaldıqları halları ilə üzləşirik. Aleks Penq neyrobioloji tədqiqatlar və uğurlu, məhsuldar insanların tərcümeyi-hallarının öyrənilməsi sayəsində şüurlu istirahəti adət etdiyimizdən daha ciddi qəbul etməyimizin zəruri olduğunu izah edir. “İnsan: özünü dərk et” inkişaf proqramının direktoru Arstarulsmirus Tarus öz fikirləri ilə bölüşərək, deyir: “O, istirahətin əhəmiyyətinin digər tərəflərini görməyə, insanları həyatın mövcud ritmini sağlamlıq, yaradıcılıq və real məhsuldarlıq baxımından gözdən keçirməyə çağırır”. Doktor Aleks Sucunq-Kim Penq Pensilvaniya Universitetinin tarix və sosiologiya üzrə elmlər namizədidir. O, Villiams, Stenford, Berkli kimi kolleclərdə və Devisdəki Kaliforniya Universitetində dərs deyib. Keçmişdə, Strategy Business Insights-də texnoloji proqnozçu və futurist, Fortune 100 siyahısında olan şirkətlərdə startap məsləhətçisi kimi çalışıb. The Restful Şirkətinin təsisçisi və olan rəhbəri Aleks Penq təşkilatlara yaradıcı yanaşmanı və məhsuldarlığı inkişaf etdirmək üçün planlaşdırılmış istirahətdən yararlanmağa kömək edir. O, Facebook, Microsoft, P & G, Jabra və digər şirkətlərdə söhbətlər və seminarlar keçirib. Aleks Penq yazır: "İstirahət dünyanın bizə verdiyi neymət deyil". Bu, heç vaxt hədiyyə olmayıb. Əgər istirahət etmək istəyirsinizsə, bunu etməlisiniz. Siz məşğulluq tamahına qarşı çıxmalı, istirahətə vaxt ayırmalı, ona ciddi yanaşmalı və onu oğurlamaq niyyətində olan dünyadan qorumalısız". Əgər səmərəli istirahətin qaydalarını və elmi biliklərlə tamamlanmış məsləhətləri əldə etmək istəyirsizsə, o zaman sizi Aleks Sucunq-Kim Penqin "Yaradıcı yanaşmanın və məhsuldarlığın inkişaf etdirilməsi üçün istirahətin vacibliyi" mövzusunda olan ilkin mühazirə və təlimində ödənişsiz iştiraka dəvət edirik. Təlimlərdə doktor A.Penq kitablarının birində təsvir etdiyi paradoksal tədqiqatlardan danışacaq: daha az işləyərək, daha çox iş görmək olar. Təsəvvür edin ki, qısa zamanda siz: