Azərbaycanda mikroavtobus aşdı: 6 yaralı var


Digərləri 13 May 2019 12:20:00 153 0

Azərbaycanda mikroavtobus aşdı: 6 yaralı var

Zaqatalada mikroavtobus aşıb

Son.az oxu.az-a istinadən xəbər verir ki, hadisə nəticəsində altı nəfər yaralanıb.

Onlar təcili yardım maşını ilə xəstəxanaya çatdırılıb.

Səhiyyə Nazirliyindən verilən məlumata görə, xəsarət alanlardan birinin vəziyyəti ağırdır:

"Vəziyyəti ağır olan şəxs 15 yaşlı qızdır. Bud sümüyünün sınığı diaqnozu ilə Zaqatala Mərkəzi Rayon Xəstəxanasına yerləşdirilib. Digər xəsarət alanların vəziyyəti ağır deyil. İlkin müayinələrdən sonra tez bir zamanda onların evə buraxılacaqları gözlənilir".