Gədəbəydə itkin düşmüş şəxslə bağlı dəhşətli fakt üzə çıxdı


Digərləri 13 May 2019 12:25:00 240 0

Gədəbəydə itkin düşmüş şəxslə bağlı dəhşətli fakt üzə çıxdı

Gəncə Ağır Cinayətlər Məhkəməsində Gədəbəydə qətl törətməkdə təqsirləndirilən Zakir İsgəndərovun cinayət işi üzrə məhkəmə iclası başlayır.

Son.az ölkə.az-a istinadən bildirir ki, hakim Dadaş İmanovun sədrliyi ilə keçiriləcək məhkəmə baxış iclası may ayının 14-nə təyin edilib.

İttihama görə, ötən il iyulun 6-da Gədəbəy rayonunda Cəyir çayının Günəş kəndinin ərazindən keçən hissəsində iyulun 2-dən itkin düşmüş Ərtəpə kənd sakini Emin Bədəlovun üzərində zorakılıq əlamətləri olan meyiti tapılıb. Faktla əlaqədar polis və prokurorluq orqanlarının əməkdaşları tərəfindən istintaq və əməliyyat-axtarış tədbirləri həyata keçirilib.

Əməliyyat-axtarış tədbirləri nəticəsində Emin Bədəlovu küt alətlə qətlə yetirməkdə şübhəli bilinən Söyüdlü kənd sakini Zakir İsgəndərov saxlanılaraq istintaqa təhvil verilib.