Firdovsi Umudov: Azərbaycanda beynəlxalq yarış və tədbirlərin yüksək səviyyədə keçirilməsi bəzi xarici qüvvələri narahat edir


Digərləri 13 May 2019 12:19:00 188 0

Firdovsi Umudov: Azərbaycanda beynəlxalq yarış və tədbirlərin yüksək səviyyədə keçirilməsi bəzi xarici qüvvələri narahat edir

Azərbaycanda beynəlxalq yarış və tədbirlərin yüksək səviyyədə keçirilməsi, həmin tədbirlərin bütün dünyada müsbət əks-səda verməsi bəzi xarici qüvvələri narahat edir.

Bakı. Samir Əli - Azərbaycanda beynəlxalq yarış və tədbirlərin yüksək səviyyədə keçirilməsi, həmin tədbirlərin bütün dünyada müsbət əks-səda verməsi bəzi xarici qüvvələri narahat edir. Bunu Trend-ə açıqlamasında Azərbaycan Güləş Federasiyasının vitse-prezidenti, tanınmış idman ustası Firdovsi Umudov deyib. Onun sözlərinə görə, həmin qüvvələr Azərbaycanda bu cür tədbirlərin yüksək səviyyədə keçirilməsindən, ölkənin sürətlə inkişafından narahat olduğundan belə üsullara əl atmaqla ölkəmizə qarşı qarayaxma kampaniyası aparır: "Mən həmin insanları xəstə adlandırıram. Çünki onlar həqiqətən Azərbaycanı istəmir. Bəzi "sapı özümüzdən olan baltalar" da həmin qüvvələrə qoşulmaqla Azərbaycanın imicinə zərbə vurmağa cəhd edir. Bu, birinci dəfə deyil. Bu cür hallar 2012-ci ildə Eurovision müsabiqəsi, 2015-ci ildə Avropa Oyunları, 2017-ci ildə İslam Həmrəyliyi Oyunları, bundan sonra keçirilən Formula - 1 Azərbaycan Qran Pri yarışı zamanı da olub. İndi də Böyük Britaniyanın Xarici İşlər Nazirliyi də daxil olmaqla bir sıra instansiyalar idmana heç bir aidiyyəti olmayan, qərəzli və reallıqdan uzaq subyektiv mülahizələr irəli sürür və beynəlxalq ictimaiyyətdə bu mühüm idman tədbirinin Azərbaycanda keçirilməsinin məqsədəuyğun olmadığı barədə rəy formalaşdırmağa çalışırlar. Çünki həmin qurumların Azərbaycanı gözü götürmür".