Azərbaycanlı deputatın oğlu Türkiyədə lyuka düşdü


Digərləri 13 May 2019 12:11:00 177 0

Azərbaycanlı deputatın oğlu Türkiyədə lyuka düşdü

Milli Məclisin üzvü Dilarə Cəbrayılovanın oğlu Türkiyədə qəzaya düşüb

.

Son.az ONA-ya istinadən xəbər verir ki, deputatın oğlu Fərid Cəbrayılov mayın 10-da velomoped sürərkən lyuka düşüb. Hadisə nəticəsində onun diz qapağı 3 yerdən çatlayıb. 

Fərid Cəbrayılov artıq Bakıya gətirilib, xəstəxanalardan birində müalicə olunur.

Qeyd edək ki, D.Cəbrayılova 27 saylı Sabunçu II Seçki Dairəsindən Milli Məclisə deputat seçilib, Ailə, qadın və uşaq məsələləri komitəsinin üzvüdür.