Assanca qarşı “zorlama” işi yenidən açıla bilər


Dünya 13 May 2019 11:53:00 187 0

Assanca qarşı “zorlama” işi yenidən açıla bilər

İsveç prokurorluğu yaxın saatlarda “Vikiliks”in təsisçisi Culian Assanca qarşı “cinsi zorakılıqla” bağlı işin yenidən açılıb-açılmayacağına qərar verəcək.

İsveç prokurorluğu yaxın saatlarda "Vikiliks"in təsisçisi Culian Assanca qarşı "cinsi zorakılıqla" bağlı işin yenidən açılıb-açılmayacağına qərar verəcək.

Son.az oxu.az-a istinadən xəbər verir ki, iddia olunan zorlama qurbanları yenidən şikayət ərizəsi ilə müraciət etsə, istintaqa yenidən başlanacaq.

İttihamları əvvəldən rədd edən Assanc İsveçə ekstradisiya olunmamaq üçün 2012-ci ildə Ekvadorun Londondakı səfirliyinə sığınmışdı.

47 yaşlı ictimai fəal ötən ay diplomatik nümayəndəliyin binasından qovularaq, polis nəzarətinə götürülüb və girov müqabilində azad olunma şərtlərini pozduğuna görə 50 həftə müddətinə həbs olunub.