“Pulum da, adamlarım da var” “Emil 444”ün qətlini sifariş edənin görüntüsü yayıldı FOTO


Kriminal 13 May 2019 11:12:00 264 0

“Pulum da, adamlarım da var”  “Emil 444”ün qətlini sifariş edənin görüntüsü yayıldı  FOTO

Bakının Binəqədi rayonunda baş vermiş son illərin ən qəddar qətlinin təfərrüatları bəlli olub. "Emin 444" ləqəbi ilə tanınan Masallı sakini, 1988-ci il təvəllüdlü Emin Ehtiram oğlu Səfərovun qətlində 1 nəfər deyil, 6 nəfər iştirak edib, qətldə bir neçə bıçaqdan istifadə olunması da bunu təsdiqləyən məqamlardandır.

Son.az xəbər verir ki, mərhumun xalası oğlu Royal Əkbərov "Yeni Müsavat" əməkdaşına bildirib ki, qətllə bağlı həbs olunan 1995-ci il təvəllüdlü Həsən Mərdan oğlu Tağıyev qanlı cinayətin iştirakçısı olsa da, onunla Emin Səfərov arasında əvvəllər hər hansı bir mübahisə olmayıb: 

"Həsən Tağıyev 6-cı mikrorayonda kikboksçu Zaur Əli oğlu Yusifovun adamı kimi tanınır. Onu ora-bura iş dalınca göndərirlər. Yəni bu cinayət Həsən Tağıyevin təşəbbüsü ilə törədilməyib. Cinayəti planlaşdıran, təşkilatçısı Zaur Yusifovdur, Eminin hadisədən əvvəl dəfələrlə mübahisəsi onunla olub. Səbəb də Zaurun kasıblara sələmə pul verib onları incitməsi idi".

Royal Əkbərov deyir ki, hadisədən 10 gün əvvəl Emin Səfərovla Zaur Yusifov arasında sələm məsələsinə görə daha bir mübahisə olub:

"Emin cinayət aləminin üzvü deyildi, sadəcə, kasıb, imkansız adamların əzilməsinə dözmürdü, o, sözünü deyən idi. Onun üçün qarşısındakının kim olmasının fərqi yox idi. Haqq bildiyini deyərdi. Zaura da irad bildirirdi ki, sələm verib adamların telefonlarını belə əllərindən alırsan, belə işlər eləmə. Emin həbsdən 15 gün əvvəl çıxmışdı. Çıxandan 5 gün sonra yenə də Zaurla qarşılaşmışdı, mübahisələri olmuşdu".

"Zaur Yusifova irad bildirmişdi ki, ehtiyacı olan insanlara sələmə pul verib onları incitmə. Emin Zaura demişdi ki, kasıb uşaqların telefonunu əllərindən alıb sələmə pul verirsən, onlar da mənim üstümə gəlirlər. Belə işlər görmə. Bu söhbətdən sonra Zaur evə gedib, qardaşı Hacı Zamiq Eminin üstünə "Vinçestr" silahla gəlib. Zaurun qardaşı götürüb Eminin qardaşı Elçinə mesaj yazıb, ona deyib ki, biz Eminlə ölümə, qana gedirik. Bu söhbət hadisədən 10 gün əvvəl olub".

Söhbət orada bağlanıb. Bundan sonra Eminə xəbər çatıb ki, Zaur orda-burda onu öldürəcəyi ilə bağlı danışır. Deyir ki, pulum da, adamlarım da var, Emini ortadan götüzdürəcəyəm. Hadisə olan günü Emin dostları ilə 6-cı mikrorayonda parkın qabağında dayanıb. Evə də zəng edib ki, yemək hazırlayın, gəlirəm, çörək yeyim gedək dəniz kənarına. Övladı olmalı idi. Emin həbsdən 15 gün idi ki, çıxmışdı. Parka Zaurun atası Əli Yusifov gəlib. Əli Eminə deyib ki, gəl otur maşına, gedək Zaurla söhbət edək, sizi barışdırım. Bu söhbətlər qurtarsın. Emin də yaşlı adam olduğuna görə Əlinin sözünü yerə salmayıb, onun dediyini edib. Maşına minmək istəyən dostlarına da deyib ki, narahat olmayın, ağsaqqal adamdır, onunla gedirəm. Dostlarını zorla maşından düşürüb".

Royal Əkbərov deyir ki, Zaur Yusifov əvvəllər adam bıçaqladığına görə həbsdə olub: "Eminin ağlına belə gəlməyib ki, belə iş tutarlar, ağsaqqal adamı qabağa verib belə bir cinayət törədərlər. Bu adamlar əvvəlcədən cinayəti planlaşdırıblar. Parkın qabağına Əli Yusifov yox, elə həmin Həsən, başqa bir cavan adam gəlib Emini çağırsaydı, Emin ora tək getməzdi. Zaur da, qardaşı Zamiq də Eminin xasiyyətini bilirdilər. Onun böyük-kiçik yeri bildiyindən xəbərdar idilər.

Ona görə də ağsaqqallarını qabağa veriblər. Emini aldadıb evlərinin qabağına aparıblar ki, desinlər ki, guya Emin onların üstünə gəlib, bunlar da özlərini belə müdafiə ediblər. Eminin parkın yanında dayanıb dostları ilə söhbət etdiyi yerdə onlara Əli Yusifovun yaxınlaşmasını təsdiq edən kamera görüntülərini çıxarıb baxsınlar. Bu cinayət əvvəldən planlı şəkildə törədilib".


Xəbərə aid fotolar