Bakıda müştərini ürəyindən bıçaqlayan ofisiantın cəzası 9 ildən 15 ilə qaldırıldı


Digərləri 13 May 2019 11:16:00 219 0

Bakıda müştərini ürəyindən bıçaqlayan ofisiantın cəzası 9 ildən 15 ilə qaldırıldı

Bakı Apellyasiya Məhkəməsində qətl törətməkdə təqsirləndirilən Mirzağa Məmmədovun barəsində olan hökmdən dövlət ittihamçısı tərəfindən verilən apelyasiya protesti və zərərçəkmişin apellyasiya şikayəti üzrə məhkəmə iclası başa çatıb.

Son.az ölkə.az-a istinadən bildirir ki, hakim Rəşad Abdullovun sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub.

Qərara əsasən, apelyasiya protesti təmin edilib, birinci instansiya məhkəməsinin çıxardığı hökm ləğv olunub.

Yeni çıxarılan hökmə görə, M.Məmmədov 15 il müddətinə azadlıqdan məhrum edilib.

Qeyd edək ki, qətl hadisəsi ötən ilin dekabr ayında Bakı şəhərinin Binəqədi rayonu ərazisində yerləşən kafelərin birində baş verib. Kafedə ofisiant işləyən M.Məmmədov aralarında yaranmış mübahisə zəminində müştəri, 1999-cu il təvəllüdlü Çingiz Ramiz oğlu Qədirlini bıçaqlayaraq qətlə yetirib. M.Məmmədov şübhəli şəxs qismində saxlanılıb və daha sonra barəsində həbs qətimkan tədbiri seçilib.