Millət vəkili: Anti-Azərbaycan qüvvələri Əli Kərimlini ölkəmizin inkişafına qarşı “əyləc mexanizmi” kimi istifadə edirlər


Digərləri 13 May 2019 11:18:37 180 0

Millət vəkili: Anti-Azərbaycan qüvvələri Əli Kərimlini ölkəmizin inkişafına qarşı “əyləc mexanizmi” kimi istifadə edirlər

Azərbaycan hakimiyyətinin dövlətimizi dünyada baş verən qlobal maliyyə-iqtisadi böhrandan az itkilərlə çıxarması, dinamik inkişafını yenidən təmin etməsi və xalqın maraqlarını müdafiə edərək onun sosial rifah halını daha da yüksəltməsi anti-Azərbaycan dairələrini çox narahat edir.

Bakı. Elçin Mehdiyev - Azərbaycan hakimiyyətinin dövlətimizi dünyada baş verən qlobal maliyyə-iqtisadi böhrandan az itkilərlə çıxarması, dinamik inkişafını yenidən təmin etməsi və xalqın maraqlarını müdafiə edərək onun sosial rifah halını daha da yüksəltməsi anti-Azərbaycan dairələrini çox narahat edir. Ona görə də, ölkəmizdə ictimai-siyasi sabitliyi pozmaq, inkişaf proseslərinin qarşısını almaq üçün “beşinci kolon”dan istifadə edirlər. Bunu Trend-ə Yeni Azərbaycan Partiyası (YAP) Nizami rayon təşkilatının sədri, Milli Məclisin deputatı Sədaqət Vəliyeva deyib. S.Vəliyeva bildirib ki, sözügedən prosesdə ictimai rəyi mənfi tonda yükləmək və ölkəmizin əldə etdiyi nailiyyətləri, uğurları ləkələmək, xalqımızın firavan və sakit yaşayışına mane olmaq üçün AXCP-dən və onun sədri Əli Kərimlidən istifadə edilir: “Daha doğrusu, anti-Azərbaycan qüvvələri Əli Kərimlini ölkəmizin inkişafına qarşı “əyləc mexanizmi” kimi istifadə edirlər. Əli Kərimli Avropada və ABŞ-da qrantlar hesabına maliyyələşdirilən Sevinc Osmanqızı, Qənimət Zahid kimi anti-milli ünsürlərin internet kanallarında ona verilmiş tezislər əsasında çıxışlar edir, müəyyən məbləğlər qarşılığında trolların anti-milli fəaliyyətini təşkil edir, erməni mətbuatı və lobbisi ilə sinxron işlər görülür, əsassız və qondarma iddialar üzrə mitinqlərə çağırışlar edilir. Əlbəttə ki, Əli Kərimlinin bu çağırışları hər zaman xalqımız tərəfindən rədd edilir, ona dəstək verilmir. Elə bu səbəbdən də, insanlar dövlətçiliyimizin düşməni olan radikal müxalifəti ciddi şəkildə qınamalı, onlara yerini göstərməlidir”.