Arsenal Bakıya oyundan 4 gün əvvəl gələcək


İdman 13 May 2019 10:06:00 241 0

Arsenal Bakıya oyundan 4 gün əvvəl gələcək

Arsenal-ın Avropa Liqasının final matçı ilə əlaqədar Bakıya səfər planı açıqlanıb.

Goal.az xəbər verir ki, "topçular"ın baş məşqçisi Unay Emeri açıqlamasında bu barədə məlumat verib. Mayın 20-də Londonda bir araya gələcək komandanınm, 3 gün hazırlıq keçdikdən sonra - mayın 25-də Bakıya yollanacağını bildirib. Emeri Azərbaycan paytaxtında da daha 3 məşq gerçəkləşdirəcəklərini diqqətə çatdırıb.

Qeyd edək ki, mayın 29-da Bakı Olimpiya Stadionunda keçiriləcək final matçında Arsenal-ın rəqibi digər London təmsilçisi Chelsea olacaq. Matç 23:00-da başlayacaq.